İtaliyada son sutkada daha 610 nəfər koronavirusdan dünyasını dəyişib.
Modern.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, ölkədə pandemiya qurbanlarının sayı 18 279-a çatıb.
Bildirilib ki, koronavirusa yoluxanların sayı da daha 4 204 nəfər artaraq 143 626-ya yüksəlib.
Qeyd edək ki, İtaliyada koronavirusdan sağalanların sayı isə 28 470 nəfərdir.