"Kütləvi İnformasiya Vasitələrinin həftəsonları işləməsi məsələsi hələ bəlli deyil".
Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib. Onun sözlərinə görə, bu, Baş Nazirin çıxışından sonra bilinəcək:
"Məhdudiyyətlər Kütləvi İnformasiya Vasitələrinə də aid ediləcək. Məhdud sayda televiziya əməkdaşına işə gəlməyə icazə veriləcək".