Türkiyədə son sutka ərzində daha 24 nəfər koronavirusdan ölüb.
Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 4 609 nəfərə çatıb:
"Bu gün ölkədə koronavirus testindən keçən 52 305 nəfərdən 867-nin cavabı pozitiv çıxıb. Bununla da yoluxanların ümumi sayı 166 422 nəfərə çatıb. Müalicə olunan 931 xəstə isə bu gün evə buraxılıb. İndiyədək 130 852 nəfər koronavirusdan müalicə olunub".