Modern.az

Sumqayıtda bina uçdu: dağıntılar altında qalanlar var - YENİLƏNİB

Sumqayıtda bina uçdu: dağıntılar altında qalanlar var - YENİLƏNİB

Aktual

10 İyun 2020, 00:41

Sumqayıtda əsasən Qubadlı, habelə işğal altındakı digər rayonlardan olan məcburi köçkünlərin məskunlaşdığı yaşayış binasında uçqun hadisəsi baş verib.

Modern.az xəbər verir ki, hadisə 12-ci mikrorayonda qeydə alınıb.

İlkin məlumata görə, binanın giriş hissəsi uçub. Nəticədə 1970-ci il təvəllüdlü İdrak Hüseynov və 1967-ci il təvəllüdlü Gülxanım Cəfərova xəsarət alıblar.

 

Hadisə zamanı dağıntılar altında daha 3 nəfərin qaldığı bildirilir. Əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib və hazırda təxliyə işləri aparılır. Bildirilir ki, ərazidən 4-ü azyaşlı olmaqla, 5 nəfər təxliyə olunub.

Hadisə yerinə həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşları və Qubadlı Rayon İcra Hakimiyyətinin nümayəndələri gəlib.

 

***

 

Sumqayıtda yaşayış binasında uçqun hadisəsi baş verib.

Modern.az  "Report"a istinadən xəbər verir ki, hadisə 12-ci mikrorayonda qeydə alınıb.

İlkin məlumata görə, binanın giriş hissəsi uçub. Hadisə zamanı dağıntıların altında qalanların olduğu bildirilir.

Hadisə yerinə xilasedicilər cəlb edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et