Modern.az

“Şuşa” kafesinin sahibi cərimələndi - FOTO

“Şuşa” kafesinin sahibi cərimələndi - FOTO

Aktual

11 İyun 2020, 10:27

Paytaxtın Binəqədi rayonunda xüsusi karantin rejim qaydlarına zidd olaraq, müəyyən olunan vaxtdan kənar, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan kafelər  aşkarlanıb. 

 

Modern.az-ın məlumatına görə, Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsi və Post Patrul Xidməti və 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə ayırı-ayırlıqda Yuxarı Sulutəpə qəsəbəsində “Faxralı”, Biləcəri qəsəbəsi Natəvan qəsəbəsi Natəvan küçəsində “Şuşa” kafelərinin sahibləri və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar. 

 

Ümumilikdə 7  nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, “Şuşa” kefesinin icarədarı 1500 manat, digərləri 100 manat cərimə olunublar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et