Modern.az

Beynəlxalq uçuşların bərpası ilə bağlı qaydalar hazırdı - Arif Məmmədov

Beynəlxalq uçuşların bərpası ilə bağlı qaydalar hazırdı - Arif Məmmədov

Aktual

11 İyun 2020, 17:20

Beynəlxalq uçuşların bərpası ilə bağlı qaydalar hazırlanıb.

 

Modern.az-ın məlumatına görə, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.

 

A.Məmmədov qeyd edib ki, qaydalar bazılması üçün Nazirlər Kabineti yanında Operativ Qərargaha təqdim olunub:

 

"Təsdiq olunduqdan sonra qüvvəyə minəcək. Qaydalar atıq təsdiq olunub. Uçuşların bərpası istiqamətində hazırlıqlara başlanılıb".

 

"Bilet satışını bərpa etmək üçün sərnişinlər məlumatlandırılmalıdır. Buna görə də xarici dövlətlərə müraciət etmişik. Artıq Ukrayna, Qırğızıstandan cavab gəlib. Biz onun üzərində işləyirik",-deyə o bildirib.

Twitter
Sizə yeni tvit var
Keçid et