Bakı-Naxçıvan-Bakı istiqamətinə resylər bərpa olunanda vətəndaşlar COVID-19 testindən keçəcəklər.
Modern.az-ın məlumatına görə, bunu "Azərbaycan Hava Yolları"QSC-nin vitse-prezidenti Eldar Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində düyib.
O qeyd edib ki, testlərin cavabı 48 saata açıqlanacaq:
"Testlər dövlət hesabına həyata keçiriləcək".
Onun sözlərinə görə, uçuşa 72 saat qalmış bilet satışı dayandırılacaq.
E.Hacıyev bildirib ki, hərarəti 37.5-dən yuxarı olan sərnişinlər isə təyyarəyə buraxılmayacaq.