Bu gün YAP Nəsimi rayon təşkilatı Partiyanın Ərazi təşkilatları və Gənclər Birliyinin Koronovirus pandemiyası dövründə partiya üzvlərinin məsuliyyəti və vəzifələri mövzusunda video konfras keçirib.
Modern.az xəbər verir ki, video konfransda YAP Nəsimi rayon təşkilatının sədri millət vəkili Məlahət İbrahimqızı koronavirus pandemiyası dövründə, YAP Nəsimi rayon təşkilatının məsuliyyəti və vəzifələri haqqında çıxış edib.
Video konfransa YAP Nəsimi rayon təşkilatının 87 ərazi təşkilatının sədrləri qoşulub.