Modern.az

Deputat həyəcan təbili çaldı: “Neftçalada insanlar içməyə su tapmır” 

Deputat həyəcan təbili çaldı: “Neftçalada insanlar içməyə su tapmır” 

Aktual

19 İyun 2020, 12:21

"Neftçalada heyvanların belə su içməsi mümkün deyil”.

 

Modern.az-ın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının dördüncü iclasında çıxış edən deputat Sabir Rüstəmxanlı deyib. O bildirib ki, Kür çayının səviyyəsi enir və ona dəniz suyu qarışır.

 

“Nəticədə, su şorlaşır. Heyvanlar susuzluqdan qırılır, bostanlar quruyur. İnsanlar içməyə su tapmır”, - deyə, S.Rüstəmxanlı əlavə edib.

 

Deputat qeyd edib ki, Kür çayından Neftçalaya içməli suyun verilməsi üçün boru çəkilməsi nəzərdə tutulurdu, bunun üçün 5 milyon manat ayrılmışdı:

 

“Ancaq həmin su kəməri çəkilmədi. Neftçalada su problemi ilə bağlı həyəcan təbili çalıram. Bu gün problemdən çıxış yollarından biri də dəniz suyunun şirinləşdirilməsidir”.

Whatsapp
Bizə yazın!
Keçid et