Modern.az

Azərbaycan və Türkiyə arasında sürücülük vəsiqələri qarşılıqlı tanınacaq

Azərbaycan və Türkiyə arasında sürücülük vəsiqələri qarşılıqlı tanınacaq

Aktual

28 İyun 2020, 12:06

Azərbaycan və Türkiyə arasında sürücülük vəsiqələri qarşılıqlı tanınacaq.

 

Modern.az-ın məlumatına görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında" 2016-cı il martın 15-də Ankara şəhərində imzalanmış Sazişi təsdiqləyib.

 

Qeyd edək ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında” 2016-cı il martın 15-də Ankara şəhərində imzalanmış Sazişi 20 may 2016-cı ildə təsdiq edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et