İranın dünya şöhrətli rejissoru Hüsrəv Sinai koronavirus səbəbindən vəfat edib.
Modern.az xəbər verir ki, Tehranda koronavirusdan müalicə alan 79 yaşlı rejissor xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, “Atəşin Gəlini”, “Yaşasın”, “Eşq küçələrində” və “Qan çölü” kimi filmləri ilə tanınan H. Sinai 1979-cu ildəki çevrilişdən sonra beynəlxalq mükafat alan ilk rejissor olmuşdu.