Modern.az

Açıq havada idman yarışlarının keçirilməsinə icazə verildi

 Açıq havada idman yarışlarının keçirilməsinə icazə verildi

Aktual

10 Avqust 2020, 00:37

Bu gündən Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində açıq havada idman yarışları və oyunlarının keçirilməsinə icazə verilib.

Modern.az xəbər verir ki, icazə idman mallarının istehsalına da aid edilib.

Qeyd edək ki, Peşəkar Futbol Liqası (PFL) 2020/2021-ci illər mövsümünün startı ilə bağlı avqustun 12-də AFFA-nın inzibati binasında püşkatma mərasimi keçirəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok