Bakıda daha bir yol-nəqliyyat hadisəsi olub.
Modern.az-ın məlumatına görə, qəza Ziya Bünyadov prospektində qeydə alınıb. "Çerment körpüsü"nün üstü Koroğlu m/st-sı istiqamətində baş verən hadisədə bir neçə avtomobil toqquşub.
Bakı Nəqliyyat Agentliyindən bildirilir ki, sözügedən istiqamətdə ciddi sıxlıq müşahidə olunur.
