Azərbaycanda son 24 saatda koronavirusla bağlı daha 5 153 nəfər test edilib.
TƏBİB-dən Modern.az-a verilən məlumata görə, indiyədək ölkədə 836 908 nəfər koronavirusa qarşı test edilib.
Ölkədə 124 yeni yoluxma, 2 ölüm qeydə alınıb.
Qeyd edək ki, indiyədək ölkəmizdə 34 343 nəfər virusa yoluxub, 508 nəfər ölüb, 32 042 nəfər isə sağalıb. Son sutka ərzində 167 nəfərin müalicəsi başa çatdığı üçün evə buraxılıb. Hazırda müalicəsi davam edən xəstələrin sayı 1 793 nəfərdir.
Məlumata görə, hazırda reanimasiyada 202 nəfər müalicə alır, 31 nəfər isə süni tənəffüs cihazına qoşulub.