“Belarusda keçirilən etiraz aksiyaları zamanı iki nəfər ölüb”.
Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Belarus Səhiyyə naziri Vladimir Karanik həkimlərin qarşısında çıxışı zamanı bildirib.
Qeyd edək ki, Belarusda avqustun 9-da keçirilən prezident seçkilərinin nəticələrindən narazı qalan minlərlə insan davamlı etiraz aksiyaları keçirir.