Modern.az

Lotu Quli dəfn olundu - VİDEO

Lotu Quli dəfn olundu - VİDEO

Aktual

21 Avqust 2020, 15:50

Kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan azərbaycanlı “qanuni oğru” Nadir Səlifov Türkiyədə dəfn edilib.

 

Modern.az xəbər verir ki,  Türkiyənin Antalya şəhərində öldürülən Nadir Səlifov İstanbul şəhərinin Böyükçəkməcə rayonunda yerləşən qəbiristanlıqda torpağa tapşırılıb.

 

Xatırladaq ki, Nadir Səlifov avqustun 19-dan 20-ə keçən gecə Antalyada yerləşən otellərdən birində başından 4 güllə vurularaq qətlə yetirlib.

 

Cinayəti törətməkdə şübhəli bilinən 25 yaşlı Xan Əhmədlinski (Xəqan Zeynalov) ilə 26 yaşlı Əmir Əhmədli polis əməkdaşları tərəfindən saxlanılıb.

****

14:58

Hazırda İstanbulda avqustun 19-dan 20-nə keçən gecə Antalyada oteldə güllələnərək qətlə yetirilən kriminal avtoritet Lotu Quli ilə vida mərasimi keçirilir.

 

Modern.az xəbər verir ki, mərasimdən görüntüləri Xural TV yayıb.

 

 

Da

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et