Modern.az

Müsavat partiyasının qərargahında törədilən cinayətin ÜSTÜ AÇILDI

Müsavat partiyasının qərargahında törədilən cinayətin ÜSTÜ AÇILDI

Aktual

22 Avqust 2020, 12:02

Müsavat patiyasının qərargahından 2500 manat dəyərində 2 ədəd kondisioner oğurlamaqda şübhəli bilinən şəxs saxlanılaraq istintaqa cəlb edib.

 

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən, əvvəllər məhkum olunan, 1994-cü il təvəllüdlü Toğrul Babayev saxlanılıb. Oğurlanan əmlak maddi sübut kimi aşkar olunaraq götürülüb.

 

Cinayət əməlində şübhəli bilinən digər şəxsin tutulması istiqamətində əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Twitter
Sizə yeni tvit var
Keçid et