Modern.az

2020-ci ilin 7 ayında 12 nəfər yanğınların qurbanı olub

2020-ci ilin 7 ayında 12 nəfər yanğınların qurbanı olub

Aktual

22 Avqust 2020, 16:32

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən respublika ərazisində 2019-cu və cari ilin yanvar-iyul ayları ərzində baş vermiş yanğınların statistik göstəricilərinin müqayisəli təhlili aparılıb.

 

Bu barədə Modern.az-a FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi daxili xidmət polkovniki Elnur Babayev məlumat verib.

E.Babayevin sözlərinə görə, təhlil əsasında Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən əhali, müəssisə və təşkilatlarda aparılmış profilaktiki və maarifləndirmə tədbirlərinin nəticəsi olaraq, insan tələfatı 12, xəsarət alanların sayı 41 fakt, yanğınların vahid statistik uçotuna daxil edilmiş yanğınların ümumi sayı 99, yaşayış sektorunun payına düşən yanğınlar 61, ticarət obyektlərində 30, avtonəqliyyat vasitələrində 9, əkin sahələrində baş vermiş yanğınların sayında isə 19 fakt azalma qeydə alınıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et