Azərbaycanda son 24 saatda koronavirusla bağlı daha 6 557 nəfər test edilib.
TƏBİB-dən Modern.az-a verilən məlumata görə, indiyədək ölkədə 868 345 nəfər koronavirusa qarşı test edilib.
Ölkədə 184 yeni yoluxma, 3 ölüm qeydə alınıb.
Qeyd edək ki, indiyədək ölkəmizdə 35 105 nəfər virusa yoluxub, 515 nəfər ölüb, 32 842 nəfər isə sağalıb. Son sutka ərzində 160 nəfərin müalicəsi başa çatdığı üçün evə buraxılıb. Hazırda müalicəsi davam edən xəstələrin sayı 1 748 nəfərdir.
Məlumata görə, hazırda reanimasiyada 179 nəfər müalicə alır, 24 nəfər isə süni tənəffüs cihazına qoşulub.