Avqustun 22-də futbol üzrə Azərbaycan Premyer Liqasında 2020-2021-ci il mövsümünün birinci turunun növbəti oyunu keçirilib.
Modern.az xəbər verir ki, turun ikinci oyun günündə son çempion “Qarabağ” öz meydanında “Sabah” komandasını qəbul edib.
“Azərsun Arena” stadionunda baş tutan görüşdə “Qarabağ” 2:0 qələbəsi ilə qalib gəlib.
Oyunda hər iki qolun müəllifi Mahir Əmrəli (45, 68) olub.
Qeyd edək ki, turun ilk oyun günündə "Keşlə" səfərdə "Sumqayıt"ı minimal hesabla üstələyib - 1:0.
“Neftçi” isə öz meydanında “Səbail”dən üstün olub - 2:1.
Avqustun 23-də "Qəbələ" - "Zirə" oyunu ilə birinci tura yekun vurulacaq.