Modern.az

Süni tənəffüs aparatına qoşulan xəstələrin sayı 16-ya endi - FOTO

Süni tənəffüs aparatına qoşulan xəstələrin sayı 16-ya endi - FOTO

Aktual

28 Avqust 2020, 20:29

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 28-nə olan statistik göstəriciləri açıqlayıb.

Modern.az xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 6 014 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər 904 506  test aparılıb. İndiyədək   527  nəfər COVID-19-dan dünyasını dəyişib, 35 986  nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 1 998 nəfərdir. Hazırda 141  nəfər reanimasiyada müalicə alır. 16  nəfər isə süni tənəffüs cihazına qoşulub.

Qeyd edək ki, bu gün Azərbaycanda 142  yoluxma, 97 sağalma faktı qeydə alınıb, 3 nəfər dünyasını dəyişib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et