Modern.az

Hikmət Hacıyev Bakıda karantin rejiminin saxlanılmasının səbəbini İZAH ETDİ

Hikmət Hacıyev Bakıda karantin rejiminin saxlanılmasının səbəbini İZAH ETDİ

Aktual

29 Avqust 2020, 11:17

“Yoluxma səviyyəsi yüksək olduğuna görə Bakı, Sumqayıt və Abşeronda sərtləşdirilmiş xüsusi karantin rejimi saxlanılır, həftə sonları ictimai nəqliyyat işləməyəcək”.

 

Modern.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev  bildirib. 

Hacıyev deyib ki, 10 nəfərlik qruplarlda fərdi tədris və repititor xidmətlərinin fəaliyyətinə icazə veriləcək: “Tədris müəssisələrinin mərhələli şəkildə sentyabrın 15-dən fəaliyyətə başlayacağı nəzərə alınaraq, fərdi tədris və repititor xidmətlərinə icazə verilir ”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et