Modern.az

Paytaxtda gizli işləyən restoran aşkarlandı

Paytaxtda gizli işləyən restoran aşkarlandı

Aktual

29 Avqust 2020, 11:49

Xətai rayonunda karantin rejimi qaydalarını pozan ictimai iaşə obyektlərinin müəyyən edilməsi istiqamətində polislər tərəfindən tədbir həyata keçirilib.

 

Modern.az-ın məlumatına görə, nəticədə rayon ərazisində xüsusi karantin rejim qaydalarına əməl etməyən, müəyyən olunan vaxtdan kənar, sanitar-epidemioloji normaların pozulması ilə müşayiət olunan restoran aşkarlanıb.

Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının Telnov küçəsində keçirdiyi müvafiq tədbirlərlə müəyyən olunub ki, “Legenda – Music Hall Lounge” restoran - müsiqi əyləncə mərkəzinin qapalı zallarında və kabinetlərində qəlyan avadanlıqlarından istifadə olunur.

 


Tədbir nəticəsində sanitar-epidemioloji normalarını pozan 46 müştəri barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə barələrində protokollar tərtib olunuraq, hər biri 200 manat. Obyektin icarədarı isə kobud inzibati qayda pozuntisina yol verərək sanitar-karantin qaydalarını pozduğu üçün 6000 manat cərimə edilib.

Mövcud qayda və tələblərlə bağlı sahibkarlıq subyektinin rəhbəri və xidmət personalı polis əməkdaşları tərəfindən zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji normalarla bağlı məlumatlandırılıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et