Modern.az

Ankaradan Yunanıstana XƏBƏRDARLIQ

Ankaradan Yunanıstana XƏBƏRDARLIQ

Aktual

29 Avqust 2020, 13:30

Türkiyə Şərqi Aralıq dənizi regionunda hərbi təlimlərə başlayıb.

 

Modern.az-ın məlumatına görə, Ankara bu barədə region dövlətlərini NAVTEX bildiriş sistemi vasitəsilə məlumatlandırıb.

 

Təlimlər avqustun 29-dan sentyabrın 11-dək davam edəcək. Bu müddət ərzində bölgə sularında artilleriya atışları keçiriləcək.

Təlimlər müddətində gəmi kapitanlarına həmin bölgədən uzaq hərəkət etmək tövsiyə olunub.

 

Sizə yeni x var
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?