Türkiyədə son sutka ərzində daha 63 nəfər koronavirusdan ölüb.
Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 7 249 nəfərə çatıb:
"Bu gün ölkədə koronavirus testindən keçən 112 645 nəfərdən 1 771-nin cavabı pozitiv çıxıb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 296 391 nəfərə çatıb.
Müalicə olunan 1 342 xəstə isə bu gün evə buraxılıb. Bununla da koronavirusdan sağalanların ümumi sayı 262 602 nəfər təşkil edir".