Dövlət Gömrük Akademiyasının (DGA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Zeynab Kazımova koronavirusa yoluxub.
Bu barədə Modern.az-a Z.Kazımova özü məlumat verib.
O qeyd edib ki, sentyabrın 21-də işdən qayıdanda hərarəti qalxıb:
“Özümdə üşütmə hiss etdim. Hərarətimi ölçəndə 37.3 idi. Bu gün səhər COVID-19 testi verdim, zəng edib bildirlər ki, cavab müsbətdir”.
Hazırda ev şəraitində olduğunu bildirən qurum rəsmisi, özünü ailə üzvlərindən təcrid etdiyini bildirib.
Z.Kazımova deyib ki, sentyabrın 19-u Qazaxdan yaxının dəfn mərasimindən qayıdıb.