Modern.az

Yolu keçmək istəyən həkimi maşın vurdu

Yolu keçmək istəyən həkimi maşın vurdu

26 Sentyabr 2020, 10:07

Cəlilabad rayonunda yol qəzası baş verib.



Modern.az xəbər verir ki, hadisə "Sevinc" şadlıq sarayının qarşısında qeydə alınıb.



Belə ki, "Jiquli" markalı minik avtomobili Cəlilabad şəhər sakini Böyükağa Ələkbərovu vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.



Qeyd edək ki, B.Ələkbərov Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında endokrinoloq kimi çalışır.



Faktla bağlı araşdırma aparılır.(Report)

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir