Türkiyədə son sutka ərzində daha 71 nəfər koronavirusdan ölüb.
Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 7 929 nəfərə çatıb:
"Bu gün ölkədə koronavirus testindən keçən 102 009 nəfərdən 1 511-nin cavabı pozitiv çıxıb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 312 966 nəfərə çatıb.
Müalicə olunan 1 232 xəstə isə bu gün evə buraxılıb. Bununla da koronavirusdan sağalanların ümumi sayı 274 514 nəfər təşkil edir".