Modern.az

Türkiyədəki Səfirliyimizdə “Qaynar xətt” yaradıldı

Türkiyədəki Səfirliyimizdə “Qaynar xətt” yaradıldı

Aktual

30 Oktyabr 2020, 17:39

Türkiyənin İzmir şəhərində baş verən zəlzələ nəticəsində xəsarət alanların arasında azərbaycanlıların olub-olmaması məsələsi araşdırılır.

 

Bu barədə Modern.az-a Azərbaycanın Türkiyədəki Səfirliyindən məlumat verilib.

 

Bildirilib ki, hələlik tələfatların olması barədə məlumat yoxdur:

 

"Bu barədə informasiyalar olduqca biz məlumatlar verəcəyik. Hazırda həm valilik, həm də bələdiyyə ilə əlaqə saxlayırıq".

 

Səfirlikdən əlavə edilib ki, şəhərin zəlzələnin episentrinə yaxın ərazisində azərbaycanlıların yaşaması ehtimalı da var: "Ola bilsin ki, həmin ərazidə azərbaycanlılar yaşasın. İndi məlumatları dəqiqləşdirməyə çalışırıq. Biz özümüz də səfirlik olaraq, "Qaynar xətt" yaratdıq. Bu, səfriliyin öz saytında, "Twitter" və "Facebook"dakı səhifələrində paylaşılacaq. Vətəndaşlarımız məlumat vermək üçün oraya müraciət edə bilərlər. Amma hazırda səfirliyə məlumat verilməyib ki, orada azərbaycanlılar var, ya yox".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok