Modern.az

İsmayıllıda taxta emalı sexi yandı

İsmayıllıda taxta emalı sexi yandı

Aktual

22 Noyabr 2020, 14:39

İsmayıllıda taxta emalı sexi yanıb.

 

Modern.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonda ümumi sahəsi 450 m² olan taxta emalı sexinin dam örtüyünün yanar konstruksiyaları 300 m² sahədə, içərisində yığılan 30 ton ot bağlamasının 5 tonu və 22 m³ taxta materialının 2 m³ yanıb.

 

Sexin, ot bağlamalarının və taxta materialının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir