Modern.az

Fransanın sabiq prezidenti vəfat etdi

Fransanın sabiq prezidenti vəfat etdi

Aktual

3 Dekabr 2020, 09:50

Fransa Respublikasının keçmiş prezidenti Valeri Jiskar Desten dünyasını dəyişib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, soyuq müharibə dövründə prezident olan V.J.Desten 95 yaşında ölüb. Eks-prezidentin koronavirusdan dünyasını dəyişdiyi söylənilir.

 

Qeyd edək ki, Valeri Jiskar Desten 1974-1981-ci illərdə Fransa prezidenti olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et