Modern.az

UEFA Azərbaycanla bağlı qadağanı götürdü

UEFA Azərbaycanla bağlı qadağanı götürdü

Aktual

3 Dekabr 2020, 22:25

Artıq Azərbaycan əvvəlki kimi beynəlxalq oyunlara ev sahibliyi edə biləcək.

 

Modern.az xəbər verir ki, bu barədə UEFA İcraiyyə Komitəsi qərar verib.

 

Qitənin ali futbol qurumunun bugünkü iclasında Qarabağdakı hərbi əməliyyatların dayandırılmasını nəzərə alaraq, oktyabrın 20-də tətbiq etdiyi qadağanı aradan qaldırıb.

Bu isə o deməkdir ki, milli və klub səviyyəli komandalarımız ev oyunlarını ölkəmizdə keçirə biləcəklər.

 

Qeyd edək ki, qadağa müddətində Azərbaycan yığması Millətlər Liqasının iki matçını ölkə xaricində keçirib, “Qarabağ” isə Avropa Liqasının Türkiyədəki üçüncü ev oyununa bu gün çıxacaq.

Twitter
Sizə yeni tvit var
Keçid et