Modern.az

Neftçala sakinini motosiklet vurdu

Neftçala sakinini motosiklet vurdu

Aktual

3 Dekabr 2020, 22:59

Neftçala rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə axşam saatlarında Mürsəlli kəndində qeydə alınıb.

 

Kənd sakini, 1991-ci il təvəllüdlü Yusifov Qoşqar Cəmşid oğlu işlədiyi əkin sahəsindən evə qayıdarkən onu motosiklet vurub. Müxtəlif xəsarətlər alan Q.Yusifov Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır (report).

Whatsapp
Bizə yazın!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?