“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndə (TƏBİB) kadr dəyişikliyi olub.
Modern.az-ın əldə etdiyi məlumata görə, TƏBİB-in şöbə müdiri Şükür Eyvazov öz istəyilə vəzifəsindən azad edilib.
Şükür Eyvazov Modern.az-a açıqlamasında bir müddət əvvəl TƏBİB-dən ayrıldığını təsdiqləyib.
Digər məlumata görə, Ş.Eyvazov Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Hospitalına rəis təyin edilib.