Modern.az

Həmyerlimiz “Arxangelsk vilayətinin xeyriyyəçisi” adını aldı

Həmyerlimiz “Arxangelsk vilayətinin xeyriyyəçisi” adını aldı

Aktual

27 Dekabr 2020, 00:53

“Arxangelsk vilayətinin Azərbaycan Diasporu” Regional İctimai Təşkilatının İdarə Heyətinin sədri Tərlan Qasımov Arxangelsk vilayəti qubernatorunun fəxri fərmanına və “Arxangelsk vilayətinin xeyriyyəçisi” adına layiq görülüb.

 

Modern.az "Azərtac"a istinadla xəbər verir ki, həmyerlimiz Arxangelsk vilayətində Azərbaycan xalqının ənənələrinin və mədəniyyətinin qorunub tanınması ilə bağlı səmərəli fəaliyyətinə görə Arxangelsk vilayəti qubernatorunun fəxri fərmanı ilə təltif edilib.

 

O, həmçinin “Arxangelsk vilayətinin xeyriyyəçisi” müsabiqəsinin qalibi oldu.

Telegram
Hadisələri anında izləyin!
Keçid et