Modern.az

Matviyenko Dağlıq Qarabağın gorbagor olmuş statusunun “ruhunu” narahat etməməlidir...

Matviyenko Dağlıq Qarabağın gorbagor olmuş statusunun “ruhunu” narahat etməməlidir...

Aktual

27 Dekabr 2020, 11:45

Mübariz Azərbaycanlı, müstəqil jurnalist

 

 

 

“Ağanın malı gedir, nökərin canı çıxır” məsəlini çoxları eşidib. Ancaq bu dəfə deyəsən, nökərin malı gedəndə ağanın canı çıxması barədə yeni bir məsəlin dillərə düşəcəyinə hər kəs şahid olacaq.

 

Əslində bütün dünya yaxşı bilir ki, ömürboyu rus ağasına nökərlik edən ermənilərin Azərbaycanda heç bir şəxsi malı olmayıb. İndi əgər sovet dönəmində Dağlıq Qarabağda onlara hədiyyə edilmiş Muxtar vilayət statusunu xanım Matviyenko separatçıların “malı” hesab edərək narahat olursa, əlbəttə ki, bu onun siyasi bisavadlığı deməkdir.

 

Bildiyimiz kimi, bu günlərdə Rusiya Federasiyası şurasının sədri Valentina Matviyenko jurnalistlərə Dağlıq Qarabağın statusundan söz açaraq, “Hələ qarşıda çox çətin işlər var. Rusiya Dağlıq Qarabağın statusunu müəyyənləşdirmək üçün beynəlxalq səylərə ümid bəsləyir”, - deyib. 

 

Əvvəlcə onu qeyd edək ki, Matviyenko və digər Rusiya rəsmiləri bu məsələdə  qəsdən hansısa bir “hoqqa durğuzmasalar”, qarşıda heç bir çətin iş olan deyil. Çünki rəsmi Bakı digər vətəndaşlar kimi Azərbaycan vətəndaşı olan ermənilərin də bütün hüquqlarını qoruyacağını və təhlükəsizliklərini təmin edəcəyini özü dəfələrlə bəyan edib.

 

Xanım Matviyenkonun Dağlıq Qarabağın statusu üçün əlavə danışıqların tələb olunmasına, ATƏT-in, Fransa və ABŞ prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə cəlb olunan digər dövlətlərin səylərinə ümid etməsinə gəlincə isə, qoy hər kəs birdəfəlik bilsin ki, Azərbaycanın daxili siyasətinə qarışacaq heç bir “beynəlxalq səyçilərə” ehtiyacı yoxdur. Çünki, beynəlxalq səyçilərin ikili standartlar nümayiş etdirərək, Azərbaycanı 30 ilə yaxın “səy” yerinə qoyduqlarını Azərbaycan xalqı çox yaxşı gördü.

 

Bununla yanaşı, “Azərbaycana aid olan ərazilərin qaytarılmasını təyin edən beynəlxalq sənədlərin icrası başlandı. Bu, onu göstərir ki, burada Rusiya əsas rol oynadı”, - deyən Valentina xanım bir şeyi bilsin ki, burada əsas rolu Rusiya yox, Azərbaycan Ali baş komandanının siyasi iradəsi, onun rəşadətli Ordusu və xalqın birliyi oynadı. Azərbaycan öz haqq etdiyi suveren ərazi bütövlüyünü qəhrəman şəhidlərinin, həmçinin, qazilərinin tökülmüş qanı ilə bərpa etdi. Rusiyanın rolu isə haqsız Ermənistanı və terrorçu separatçıları Şoyqunun “taxta-şalban” adlandırdığı silahlarla dəstəkləməsi oldu. Əks təqdirdə geridə qalan 30 ildə niyə Rusiya hansısa bir “müsbət rol” oynamırdı, məgər buna onun “aktyorluq” qabiliyyəti çatmırdımı?

 

Odur ki, Valentina xanım siyasətçi kimi yaxşı olardı ilk növbədə öz məramı sülh olanlarına bildirsin ki, Dağlıq Qarabağdakı erməniləri başa salın, qoy ağıllarını başlarına yığsın, vaxt itirmədən silahlarını təhvil verib Azərbaycanın yurisdiksiyasında olan Xankəndi, Əsgəran, Xocalı, Ağdərə və Xocavənddə asdıqları “əski parçalarını” çıxarıb özləri üçün burun dəsmalı kimi istifadə etsinlər. Bundan başqa, siyasətçi olmasına baxmayaraq, bu məsələdə daha çox qadın, ana mövqeyindən çıxış edərək, müharibədə həlak olan hər iki tərəfin əsəgər analarının vəziyyətinə daha çox nəzər yetirsin. Məgər o, erməni analarının övladlarının cəsədinin tapılması və ya əsirlərinin xilas olması üçün öz rəhbərlərindən açıq şəkildə imtina edib Azərbaycan prezidentindən kömək istəmələrindən xəbərsizdirmi?    

 

Hər kəs bilməlidir ki, Azərbaycan tərəfi ermənilər üçün hansısa status vermək fikrində deyil və o status çoxdan cəhənnəmə vasil olub. Hər halda Valentina xanım üçtərəfli məlum bəyanatda hansısa status barədə heç bir sözün olmadığını yaxşı bilir. Belə olan halda, bu bəyanat imzalanandan sonra Azərbaycan prezidentinin öz xalqına müraciətində indi dillər əzbəri olmuş, “Nə oldu Paşinyan... Nə oldu bəs status? Cəhənnəmə getdi status, gora getdi status, gorbagor oldu status, yoxdur status və olmayacaq...”, - deyə, söylədiyi qəti sözünün üstündən Matviyenko xanımın status sözünü yenidən ortaya atmasında məqsədi nədir? Yoxsa, o boyda Federasiya Şurasının spikeri öz prezidenti Putinin bu bəyanatdan sonrakı çıxışlarında dəfələrlə bütün beynəlxalq qanunlara görə Qarabağın Azərbaycan ərazisi olduğunu deməsindən də xəbərsizdirmi? Bundan başqa, status barədə sual olunarkən, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun Qarabağın Azərbaycan ərazisi olaraq təyin olunduğu BMT Təhlükəsizlik Şurasının qətnamələrinə istinad etməsi, eyni, zamanda, Minsk qrupunun regiona son dəfə gəlib qayıtdıqdan sonra verdiyi bəyanatda Qarabağın statusu ilə bağlı danışıqların aparılması zərurəti barədə heç bir sözün olmaması da, onu təsdiq edir ki, status məsələsi gorbagor olub. 

 

Bu arada, Azərbaycanda bəzi siyasətbazların Qarabağ ermənilərinə mədəni muxtariyyat verilməsinin istisna olunmadığı demələrinə gəlincə, əslində bu onların yanıldıqlarından xəbər verir. Belələri bilməlidir ki, əsrlər boyu mədəniyyətsizlik edib Azərbaycana ona malik olan mədəniyyəti – tarixi, abidələri, musiqini, mətbəxi oğurlayıb öz adlarına çıxan mənəviyyatsız, oğru bir xalqın hansı mədəniyyətdən danışmağa haqqı ola bilər? 

Bu üzdən də istər xanım Matviyenko, istərsə də Azərbaycandakı Matviyenko kimilər bu gorbagor olmuş statusdan birdəfəlik əl çəkməli və onun “ruhunu” bir daha narahat etməməlidirlər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et