Modern.az

Növbәti ildә dә pandemiya iqtisadi potensialı sınağa çәkәcәk - Mərkəzi Bank

Növbәti ildә dә pandemiya iqtisadi potensialı sınağa çәkәcәk - Mərkəzi Bank

29 Dekabr 2020, 10:12

2021-ci ilin pul vә maliyyә sabitliyi siyasәti dünyada iqtisadi aktivliyin, qlobal әmtәә vә maliyyә bazarlarındakı vәziyyәtin perspektivlәri ilә bağlı qeyri-müәyyәnliklәrin yüksәk olduğu bir şәraitdә formalaşdırılır.

Modern.az-ın məlumatına görə, bu barədə Azәrbaycan Mәrkәzi Bankının 2021-ci il üçün pul vә maliyyә sabitliyi siyasәtinin әsas istiqamәtlәri barәdә bәyanatında qeyd edilib.

Sənədə görə, növbәti ildә dә pandemiya ayrı-ayrı ölkәlәrin iqtisadi dayanıqlıq potensialını sınağa çәkәcәk:

 

“Risklәr başlıca olaraq epidemioloji vәziyyәtlә әlaqәdar olmaqla xarici vә daxili mühitә tәsir potensialını saxlayır. Digәr tәrәfdәn Azәrbaycan iqtisadiyyatının uzunmüddәtli dövrdә aşağı neft gәlirlәrinә uyğunlaşması, Vәtәn müharibәsindәn sonra işğaldan azad edilmiş әrazilәrdә böyük bәrpa vә qayıdış işlәrinin reallaşdırılması, habelә ölkәdә növbәti 10 ildә ikiqat artıma yönәlәn yeni inkişaf strategiyasının sürәtlә realizasiyası ilә bağlı böyük çağırışlar formalaşıb.

 

Belә bir şәraitdә 2021-ci ildә makroiqtisadi vә maliyyә sektorunun stabilliyinin qorunması makroiqtisadi vә makroprudensial siyasәtlәrin әsasını tәşkil edәcәk. Mәrkәzi Bank makroiqtisadi vә maliyyә sabitliyi vasitәsilә pandemiyadan tәsirlәnәn iqtisadi artımın dayanıqlı әsaslarla bәrpa edilmәsinә dәstәk verәcәk. Pul siyasәti növbәti ildә dә qiymәt sabitliyinә fokuslaşmaqla dayanıqlı iqtisadi artım üçün vacib şәrtlәrin tәmin edilmәsindә mühüm rol oynayacaq. Maliyyә sektorunun dayanıqlığının güclәndirilmәsi, maliyyә vasitәçiliyinin vә maliyyә bazarlarının inkişafı istiqamәtindә sәylәr davam etdirilәcәk”.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!