Modern.az

Paşinyan öz ingilis dili müəllimini ABŞ-a səfir təyin edəcək

Paşinyan öz ingilis dili müəllimini ABŞ-a səfir təyin edəcək

Aktual

26 Yanvar 2021, 17:34

Ermənistan baş naziri Nikol Paşinyan öz ingilis dili müəllimini ABŞ-a səfir təyin edəcək.

 

Modern.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, Paşinyanın ingilis dili müəllimi olmuş Lilit Makunts ABŞ-a səfir təyin ediləcək. 1983-cü il təvəllüdlü müəllimin diplomatik sahədə təcrübəsi yoxdur.

 

O, Ermənistanın keçmiş mədəniyyət naziridir. L.Makunts hazırda hakim "Mənim addımım" blokunda yüksək vəzifə daşıyır.

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok