Müsavat başqanı İsa Qəmbərin prezident seçkilərində iştirak edəcəyilə bağlı dünənki gözlənilməz açıqlaması onlayn media ilə yanaşı, yazılı mətbuatın də diqqət göstərdiyi əsas məsələ olub. İsa Qəmbərin bu bəyanatı və onun ətrafında formalaşan fikirlər bugünkü gündəlik qəzetlərin səhifələrində geniş əks olunub. Maraqlıdır ki, yalnız “Azadlıq” qəzeti bugünkü sayında İsa Qəmbərin prezidentliyə namizədliyinin irəli sürməsinə dair açıqlamasına yer verməyib. Bu nə ilə bağlıdır?
Modern.az-ın əməkdaşı məsələnin mahiyyətini dəqiqləşdirmək üçün “Azadlıq” qəzetinin redaktoru Sücəddin Şərifovdan münasibət öyrənib. S.Şərifov İsa Qəmbərin dünənki çıxışının adi hal olduğunu qeyd edib: