“Pakistan qarşıdurmanın ilk günlərindən Azərbaycanı açıq şəkildə dəstəkləyən ölkələr sırasında idi. Pakistan son günədək bizim tərəfimizdə olub”.
Modern.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransda çıxışında deyib.
Dövlət başçısı Pakistan hökumətinə və Pakistan xalqına Azərbaycanın ərazi bütövlüyü ilə əlaqəli məsələlərdə nümayiş etdirdiyi davamlı yanaşmaya görə minnətdarlığını bildirib:
“Pakistan təcavüz və işğala görə Ermənistanla diplomatik əlaqə yaratmayan bir neçə ölkədən biridir. Pakistan kimi çox az ölkə var. Biz buna görə çox minnətdarıq. Bu bizim qardaşlığımızın real göstəricisidir”.