Modern.az

Şahzadə Filipin dəfn mərasimi keçirilib

Şahzadə Filipin dəfn mərasimi keçirilib

Aktual

17 Aprel 2021, 19:24

Aprelin 17-də Böyük Britaniya kraliçası II Elizabetin həyat yoldaşı, Edinburq hersoqu şahzadə Filipin dəfn mərasimi keçirilib.

Modern.az BBC-yə istinadən xəbər verir ki, dəfn mərasimi Vindsor qəsrindəki müqəddəs Georgi kilsəsində təşkil olunub. Şahzadə həmin kilsədə dəfn edilib.

İştirakçılar pandemiya qaydalarına uyğun olaraq sosial məsafəni gözləyib. Dəfndə kraliça tək əyləşib.

Şahzadə Filip aprelin 9-da, 99 yaşında vəfat edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok