Prezident İlham Əliyev gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında sərəncam imzalayıb. Modern.az prezidentin rəsmi saytına istinadən xəbər verir ki, musiqi sahəsində xüsusi istedadı olan aşağıdakı şəxslərin adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazıl;b və onlar Azərbaycan Respublikası Prezidentinin xüsusi aylıq təqaüdünə layiq görülüblər.
Xancalova Firuzə Arif qızı - Pyotr İliç Çaykovski adına Moskva Dövlət Konservatoriyasının 1-ci kurs tələbəsi
Məlikov Əli Həsən oğlu - Rəşid Behbudov adına 2 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi
Şükürov Mirpaşa Mustafa oğlu - Ağdam şəhər Cabbar Qaryağdıoğlu adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdi
Vəliyev Nəcəf Xəluq oğlu - Bakı şəhər Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi
Yusifov Yusif Nadir oğlu - Bakı şəhər 24 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi
Modern.az