Modern.az

Azərbaycandan Türkiyəyə yola düşəcək təyyarənin görüntüləri - FOTO

Azərbaycandan Türkiyəyə yola düşəcək təyyarənin görüntüləri - FOTO

Aktual

30 İyul 2021, 17:52

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğınsöndürmə qüvvələri Türkiyə Respublikasına yola salınır.

 

Modern.az xəbər verir ki, “Azərbaycan Hava Yolları” QSC-nin təyyarəsi ilə Türkiyəyə Fövqəladə Hallar Nazirliyinin 500 nəfərdən ibarət şəxsi heyəti, helikopterlər, həmçinin digər lazımi avadanlıq və ləvazimatlar göndərilir.

 

Qeyd edək ki, iyulun 28-i və 29-da Türkiyənin 21 vilayətində baş verən 63 meşə yanğını nəticəsində azı 4 nəfər həlak olub. Bəzi ərazilərdə yanğınlar hələ də davam edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok