Baş prokuror Kamran Əliyev 3 rayona yeni prokuror təyin edib.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib.
Qeyd edilib ki, baş prokurorun müvafiq əmrlərilə Rahim Səfəralıyev Xızı rayon prokuroru, Kamal Talıbov Şirvan şəhər prokuroru, Fuad Məmmədov Binəqədi rayon prokuroru təyin olunub.