“Azərbaycanda İİV-ə yoluxmuş 7867 nəfər qeydiyyatdan keçib. Onların 70 faizi kişi, 30 faizi isə qadındır”.
Modern.az xəbər verir ki, bunu Respublika QİCS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov bildirib.
Onun sözlərinə görə, il ərzində isə 654 yoluxma qeydə alınıb:
“Onların 635 nəfəri azərbaycanlı, 19 nəfəri isə əcnəbidir. 635 azərbaycanlının 432 nəfəri kişi, 203 nəfəri qadındır. Mərkəzdə qeydiyyata alınanların 2 faiz 17 yaşa qədər uşaqlardır”.
F.Məmmədov bildirib ki, İİV-ə yoluxan hamilə qadın dünyaya sağlam övlad gətirə bilər.