Modern.az
Qəzənfər Həmidoğlu Hippi müdafiə naziridirsə, Uolles kimdir?

Qəzənfər Həmidoğlu

Hippi müdafiə naziridirsə, Uolles kimdir?

Aktual

31 Mart 2022, 12:33

Qəzənfər Həmidoğlu
 

Böyük Britaniyanın Silahlı Qüvələr naziri Ceymis Hippinin (James Heappey) Bakıya birgünlük qəfil səfəri diplomatik jest, mesaj və səfir Ceyms Şarpın tviti (“Ceyms Heppi Şəhidlər Xiyabanında... Kremlin göstərişləri nəticəsində həlak olanların xatirəsini ehtiramla yad etdi”) ilə ön plana çıxdı və hətta “Delyagin qalmaqalı”nı arxa plana sıxışdırdı.

Bu ranqdakı bir İngiltərə rəsmisinin ilk dəfə Bakıya səfər etməsi özü-özlüyündə mesajdır və səfir Şarpın eyhamlı tviti isə səfərin məramına yetərincə işıq tutur. Aydındır ki, Hippinin qəfil ziyarəti Azərbaycan-Birləşmiş Krallıq münasibətləri kontekstindən daha çox, Rusiya-Ukrayna savaşı fonunda mürəkkəbləşən qlobal və regional geosiyasi konyunktura, mövqe oyunları və korrektələri ilə bağlıdır.

Bu səfərin diqqəti cəlb edən başqa bir məqamı isə Azərbaycanın bəzi saytlarının, aparıcı informasiya agentliklərinin və hətta siyasətçilərinin Ceyms Hippini Böyük Britaniyanın müdafiə naziri kimi təqdim etmələri oldu. Hər halda siyasətçinin və ya siyasətdən yazan qəzetçinin dünyanın aparacı ölkələrinin aparıcı fiqurlarını qarışdırması öyünüləsi bir iş deyil, üstəlik İngiltərə Azərbaycanla sıx bağlar olan ölkələrdən biridir.

Xatırladaq ki, Böyük Britaniyanın müdafiə naziri Robert Ben Loban Uollesdir. Əslində, İngiltərədə müdafiə naziri postunun qəsmi adı “Müdafiə üsrə Dövlət katibi”dir (Secretary of State for Defence) və Ben Uolles bu postu 2019-cu ildən tutur.

Ceymis Hippinin rəsmi titulu isə belədir: Silahlı Qüvvələr üzrə Dövlət katibinin parlament müavini - Silahlı qüvvələr naziri (Parliamentary Under Secretary of State -Minister for the Armed Forces). Bu post Birləşmiş Krallığın Müdafiə Nazirliyi strukturuna aiddir. Ceyms Hippi bu sistemdə kiçik nazir, kölgə nazir və daha dəqiqi, Ben Uollesin müavinidir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi