Modern.az

Temperatur enəcək, yağış yağacaq

Temperatur enəcək, yağış yağacaq

Aktual

8 Avqust 2022, 12:44

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata əsasən, sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu və əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 20-25° isti, gündüz 30-34° isti olacaq. Bakıda gecə 22-24° isti, gündüz 30-32° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 % olacaq.

 

Abşeron çimərliklərində gözlənilən hava şəraiti Mülayim şimal-qərb küləyi əsəcək.

 

Dəniz suyunun temperaturuna gəlincə, şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 25-26° isti olacaq.


Azərbaycanın rayonlarında isə bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Axşama doğru əksər rayonlarda tədricən kəsiləcək. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 19-24° isti, gündüz 31-36° isti, dağlarda gecə 10-15° isti, gündüz 18-23° isti olacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ordumuz təhvil verilmiş kəndlərə daxil olub?