Modern.az

Ukrayna və Rusiya danışıqlar üçün radikal şərtlər qoymamalıdır - Makron

Ukrayna və Rusiya danışıqlar üçün radikal şərtlər qoymamalıdır - Makron

Aktual

8 Noyabr 2022, 12:24

Fransa prezidenti Emmanuel Makron hesab edir ki, nə vaxtsa Ukrayna və Rusiya danışıqlar masasına qayıtmalıdır, ona görə də münaqişə tərəfləri dialoqdan imtina edərək radikal şərtlər qoymamalıdır.


Modern.az xəbər verir ki, Makron bu barədə BMT-nin 27-ci İqlim Konfransı çərçivəsində keçirilən mətbuat konfransında bildirib.

Eyni zamanda o qeyd edib ki, Ukrayna hansı şərtlər altında danışıqlara gedəcəyinə dair qərar verəcək.


Müharibə başlayandan sonra Moskva və Kiyev hər iki tərəfin nümayəndə heyətlərinin görüşləri vasitəsilə danışıqlar aparıb, lakin may ayında bu proses dayandırılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var