Modern.az

Kiyev Moskvaya meydan oxudu: münaqişə dondurulmayacaq!

Kiyev Moskvaya meydan oxudu: münaqişə dondurulmayacaq!

Aktual

12 Noyabr 2022, 12:38

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bildirib ki, Rusiya ilə münaqişənin dondurulmasından söhbət gedə bilməz. Ukrayna ordusunun qarşısında ölkənin işğal olunmuş ərazilərini azad etmək vəzifəsi durur.


Modern.az xəbər verir ki, Aleksey Danilovun açıqlmadı Ukrayna KİV-lərində yayılıb.


"Biz heç nəyi dondura bilmərik - biz soyuducu deyilik. Biz hava şəraitindən, ilin hansı vaxtından asılı olmayaraq ərazilərimizi azad edə bilərik. Prezidentin tapşırığı bütün ərazilərimizi azad etməkdir", - Danilov deyib.


O, həmçinin qeyd edib ki, Ali Baş Komandanın Qərargahının son iclası “Xerson istiqaməti”nə həsr olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var