Modern.az

Vulkan püskürdü: əhali təxliyə edildi 

Vulkan püskürdü: əhali təxliyə edildi 

Aktual

4 Dekabr 2022, 15:58

Semeru vulkanının püskürməsindən sonra Yava adasında ən azı 95 nəfər təxliyə edilib.

 

Modern.az xəbər verir ki, bu barədə İndoneziyanın Təbii Fəlakətlərin Azaldılması üzrə Milli Agentliyi məlumat yayıb.

 

Vulkan səhər saatlarında püskürüb. O, havaya 1,5 km hündürlüyündə kül atıb.

 

Semeru bölgəsində təhlükə səviyyəsi dörd ballıq şkala üzrə maksimuma qaldırılıb. Yaxınlıqdakı bir neçə kəndə vulkan külü düşüb.

 

Xatırladaq ki, sonuncu dəfə Semeru vulkanı düz bir il əvvəl - dekabrın 4-də püskürüb. O zaman 50-dən çox insan ölüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır